• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Prezidentdən Sərəncam - Təşkilat Komitəsi yaradıldı

SİYASƏT

05 Iyun 2025 | 15:14

Prezidentdən Sərəncam - Təşkilat Komitəsi yaradıldı

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    1. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

    Təşkilat Komitəsinin sədri

    Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

    Təşkilat Komitəsinin üzvləri:

    Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoru

    Sahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziri

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

    Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

    Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri

    Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

    Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

    Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

    Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

    Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

    Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi

    Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

    Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

    Aygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru

    Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

    Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi

    Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

    Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

    Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

    Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

    Ceyran Mahmudova – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru

    Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

    Gülçöhrə Məmmədova – Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru

    Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

    İlqar Musayev – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

    Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

    Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri

    Gülşən Rzayeva – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini

    Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.

    2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi:

    2.1. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirsin;

    2.2. əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görsün.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görsün.


    SON XƏBƏRLƏR