• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ermənistan Fransadan helikopter alacaq

DÜNYA

05 May 2026 | 17:19 | Müəllif: Əli Hüseynov

Ermənistan Fransadan helikopter alacaq

Ermənistanın Müdafiə Nazirliyi İrəvanda Fransa şirkətləri ilə yeni hərbi müqavilələr imzalayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Fransanın “Airbus Helicopters” şirkəti ilə imzalanan müqavilə əsasən, Ermənistan ordusu üçün nəqliyyat helikopterləri tədarük olunacaq. Helikopterlərin konkret modeli hələ açıqlanmayıb.

    Bundan əlavə, Müdafiə Nazirliyi ilə “SOFEMA Group” arasında müasir hərbi geyim və təchizatın alınmasına dair ayrıca saziş bağlanıb.

    Bildirilir ki, bu alışlar Ermənistan ordusunun logistika və mobillik imkanlarının gücləndirilməsinə yönəlib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Noyabr 2026