q
  • Bakı 14° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

"Cookies" nədir?

MULTİMEDİA

05 May 2026 | 16:30

Cookies nədir?

Cookies internet saytlara daxil olarkən brauzerin cihazda saxladığı kiçik məlumat fayllarıdır. Bu fayllar istifadəçinin seçimini, giriş məlumatlarını və saytda əvvəlki fəaliyyətini yadda saxlayaraq növbəti ziyarətdə daha sürətli və rahat istifadə imkanı yaradır.

Bakıvaxtı.az xəbər verir ki, Google-ın izahına görə, cookies saytlara istifadəçini “tanımağa” kömək edir və məsələn, dil seçimi və ya giriş statusu kimi məlumatları xatırlayır.

Mozilla isə bildirir ki, cookies sayəsində vebsaytlar daha fərdiləşdirilmiş təcrübə təqdim edir, amma eyni zamanda bəzi cookies növləri istifadə davranışını izləmək üçün də istifadə oluna bilər.

Apple qeyd edir ki, istifadəçilər məxfilik baxımından cookies-ləri idarə edə və istədikləri halda silə bilərlər.

Ümumilikdə cookies interneti daha rahat etsə də, onların necə işlədiyini bilmək və lazım olduqda idarə etmək şəxsi məlumatların qorunması baxımından vacib hesab olunur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR