Çində təqdim olunan yeni “Rokid” süni intellekt dəstəkli ağıllı eynəklər texnologiya dünyasında ciddi maraq yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, eynəyi taxan anda istifadəçinin qarşısında virtual ekran formalaşır və bütün məlumatlar birbaşa göz önündə əks olunur.
Cihazın ən diqqətçəkən imkanlarından biri isə real vaxt tərcümə funksiyasıdır. Məsələn, ətrafınızdakı insanlar Çin dilində danışdıqda, eynək həmin danışığı dərhal seçdiyiniz dilə çevirərək mətn şəklində ekranda göstərir.
Bununla yanaşı, ağıllı eynək gündəlik həyatda da faydalı köməkçiyə çevrilir. Naviqasiya göstəriciləri, yol hərəkəti məlumatları, sürət limiti və təxmini çatma vaxtı kimi vacib detalları istifadəçinin baxış sahəsinə çıxararaq daha rahat və təhlükəsiz hərəkət imkanı yaradır.
Mütəxəssislər hesab edir ki, bu cür texnologiyalar yaxın illərdə insanların ünsiyyət və məlumat əldə etmə formasını tamamilə dəyişə bilər.
Aynur Babazadə
Bakı 




