• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

"Instagram"dan YENİ FUNKSİYA

MULTİMEDİA

10 Iyun 2026 | 13:18

Instagramdan YENİ FUNKSİYA

İnstaqram sosial şəbəkəsində yeni funksiya fəaliyyətə başlayır.

Bakıvaxtı.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni funksiya istifadəçilərin profil səhifələrini daha sərbəst şəkildə idarə etməsinə imkan verəcək.

Yeniliyə əsasən, istifadəçilər paylaşımlarını paylaşım tarixindən asılı olmayaraq profil şəbəkəsində istədikləri mövqeyə köçürə biləcəklər. Bu funksiya profil dizaynının fərdiləşdirilməsini asanlaşdıracaq və xüsusilə kontent yaradıcıları, biznes hesabları və influenserlər üçün əlavə üstünlüklər yaradacaq. İndiyədək istifadəçilər yalnız müəyyən paylaşımları profilin yuxarısında sabitləyə bilirdilərsə, artıq bütün paylaşımların yerini istədikləri qaydada dəyişə biləcəklər.

Mütəxəssislər hesab edirlər ki, yenilik estetik görünüşə önəm verən istifadəçilər üçün profil idarəçiliyində daha geniş imkanlar açacaq.

Aydan Məlikməmmədova 

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026