q
  • Bakı 12° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Baş diplomatla Kallas geniş tərkibdə görüşdü - YENİLƏNİB

SİYASƏT

05 May 2026 | 15:10

Baş diplomatla Kallas geniş tərkibdə görüşdü - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Kaya Kallas arasında geniştərkibli görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

    Görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər. Müzakirələr siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin genişləndirilməsi istiqamətlərini əhatə edib.
    Müzakirələrdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib.

    Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi rolu xüsusi vurğulanıb, eyni zamanda bərpa olunan enerji sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

    Bununla yanaşı, görüşdə ticarət və investisiya imkanları, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, eləcə də nəqliyyat və logistika bağlantıları, xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri müzakirə olunub.

    Tərəflər, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunublar. Post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, humanitar minatəmizləmə fəaliyyəti və Cənubi Qafqazda normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə davamlı sülh və sabitliyin təmin edilməsinin əhəmiyyəti bir daha vurğulanıb.

    ***

    14:36

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas təkbətək formatda danışıqlar keçirirlər.

    Bu barədə Bakıvaxtı.az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

    ***

    14:23

    Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın görüşü keçirilir.

    Bakıvaxtı.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş Kallasın Bakıya səfəri çərçivəsində XİN-də keçirilir.

    "Səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan-Aİ əlaqələrinin və dialoqunun vacibliyini vurğulayır. Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır", - XİN-dən qeyd ediblər.


    SON XƏBƏRLƏR