• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

 IsDB-nin İllik Toplantılarının mövzusu açıqlanıb

SİYASƏT

05 May 2026 | 15:10 | Müəllif: Əli Hüseynov

IsDB-nin İllik Toplantılarının mövzusu açıqlanıb

Bakıda keçiriləcək İslam İnkişafı Bankı Qrupunun (IsDB) İllik Toplantılarının mövzusu açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, 16–19 iyun tarixlərində keçiriləcək 51-ci İllik Toplantılar "Dayanıqlı rifah üçün regional inteqrasiya” mövzusuna həsr edilib və 2000-dən çox beynəlxalq iştirakçını bir araya gətirəcək. Bu barədə iqtisadiyyat naziri Mikayil Cabbarov və İslam İnkişafı Bankı Qrupunun sədri Muhammad Al Jasserin görüşü zamanı bildirilib.

    Nazir bildirib ki, Azərbaycan regional iqtisadi əlaqələrin gücləndirilməsi, tranzit-logistika imkanlarının artırılması və iqtisadi diversifikasiya vasitəsilə dayanıqlı artımı təşviq edir. O, həmçinin İİB-nin Azərbaycanda, xüsusilə azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələrin bərpa və inkişaf baxımından əhəmiyyətini vurğulayıb.

    Muhammad Al Jasser qeyd edib ki, regional inteqrasiya qlobal çağırışlar fonunda dayanıqlı inkişafın əsas alətlərindən biridir və İİB bu istiqamətdə əməkdaşlığı genişləndirəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026