Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın (PAİ) Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqa şərait yaradılmasında rolunu müsbət qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan lideri bu fikri mayın 5-də qurumun Baş katibi Martin Çunqonqu qəbul edərkən səsləndirib.
Qəbulda Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirilib.
Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütamadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirib.
Bakı 




