• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Bakı Fond Birjası"nın dövriyyəsi 

İQTİSADİYYAT

05 May 2026 | 17:11 | Müəllif: Əli Hüseynov

"Bakı Fond Birjası"nın dövriyyəsi

Bu ilin yanvar–aprel aylarında “Bakı Fond Birjası”nın (BFB) ümumi dövriyyəsi 15,4 milyard manat təşkil edib.

Bakıvaxtı.az bu barədə BFB-yə istinadən xəbər verir.

    Hesabat dövründə BFB-də bağlanmış əqdlərin sayı 8 082 təşkil edib. Dövlət qiymətli kağızları üzrə bağlanmış əqdlərin ümumi həcmi 506,3 milyon manat, Mərkəzi Bankın (ARMB) notları üzrə bağlanmış əqdlərin həcmi 454,6 milyon manat, korporativ qiymətli kağızların həcmi isə 168,9 milyon manat, ipoteka istiqrazlarının həcmi isə 307,5 milyon manat olub.

    Birjada ən böyük dövriyyə isə repo əməliyyatlarının payına düşüb. Belə ki, yanvar–aprel aylarında bu alətlər üzrə bağlanmış əqdlərin ümumi həcmi 13 milyard 986,4 milyon manat təşkil edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026