q
  • Bakı 14° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Sumqayıtda yanğın - ailədən 2 nəfər zəhərləndi

HADİSƏ

05 May 2026 | 15:23

Sumqayıtda yanğın - ailədən 2 nəfər zəhərləndi

Sumqayıtda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, evdə baş verən yanğın qısa müddətdə genişlənib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Alov qısa müddətdə söndürülüb və yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı evdə olan ana və qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR