Şəkidə 34 yaşlı qadın qətlə yetirilib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarınada rayonun Cəyirli kəndində baş verib.
34 yaşlı Zəhra Məlik qızı Əliyeva atasının evində ölü vəziyyətdə tapılıb. İlkin araşdırma zamanı qadının əri tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.