"Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda Tehrana səfəri gözlənilir".
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib.
Səfirin sözlərinə görə, hazırda iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb:
"Hazırda yüksək səviyyəli rəsmilərin səfərləri həyata keçirilir və yaxın gələcəkdə biz Rusiya Prezidenti Vladimir Putinin Tehrana səfərini gözləyirik".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin İrana işgüzar səfərə dəvəti olub, lakin səfərin tarixləri hələ razılaşdırılmayıb. Onun sözlərinə görə, Rusiya bu ölkə ilə tərəfdaşlığı yüksək qiymətləndirir.
Gülşən Şərif