“Dövlət İmtahan Mərkəzi nə özünün abituriyent jurnalında dərc etdiyi kurikulum standartlarına, nə eyni jurnalda təqdim olunan ədəbiyyat siyahısına, nə də ümumtəhsil məktəblərinin rəsmi dərsliklərinə uyğun gələn, elmi baxımdan əsassız və faktlarla ziddiyyət təşkil edən test tapşırıqlarına görə konstruktiv və elmi mövqe sərgilədi”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİM-in 25 maydakı qəbul imtahanlarında II və III ixtisas qruplarına tarix fənnindən salınan mübahisəli testlərin müzakirəsində iştirak edən təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında yazıb.
K.Əsədovun sözlərinə görə, DİM verilən testlərin doğruluğunu əsaslandırıla bilməyi:
“Əvəzində yalnız qurum daxilində kimə və nəyə əsaslandığı bəlli olmayan statistik məlumatlarla manipulyasiya cəhdləri edildi. Halbuki 20 illik təhsil təcrübəmə görə, DİM illərlə elmi yanaşmaya söykənən, şəffaf qəbul prosesi ilə tanınan, hər kəsə açıq olan, demokratik qurum obrazına sahibdir. Təəssüf ki, bugünkü müzakirə bu prinsiplərlə uzlaşmadı. Müzakirə zamanı təqdim etdiyim 3 konkret səhv test tapşırığı ilə bağlı arqumentlərə qarşı sadəcə inzibati müdafiə mövqeyi nümayiş etdirildiyi üçün 1 test tapşırığının müzakirəsindən sonra görüşü yarımçıq tərk etdim. Çünki belə müzakirə olmur”.
Ekspert əlavə edib ki, sözügedən məsələ ilə bağlı hüquqi müstəvidə addımlar atacaq: “Test tapşırığının doğruluğunu DİM-in ədəbiyyat siyahısındakı dərsliyə görə isbat etməyən, ancaq özünün şəxsi təxəyyülü ilə fikir yürüdənlərlə müzakirə olmur. Fakt olmalıdır, o da ki, yoxdur. Yəni DİM o faktı təqdim edə bilmədi. Bundan sonra bu məsələ ilə bağlı hüquqi müstəvidə addımlar atacağam”.
Xatıladaq ki, 25 may qəbul imtahanlarındakı aşağıdakı sual və daha ikisinin cavablarında qeyri-dəqiqlik müzakirələrə səbəb olub, müəllimlər həmin testin abituriyentlərin xeyrinə həll olunmasını tələb ediblər.