Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov yenidən açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az Milli.az-a istinadən xəbər verir ki, "Tik-Tok" hesabında canlı yayım açan Anar müğənniyə barışıq əli uzadıb.
Belə ki, o, izləyicilərin keçmiş cütülüyün "barışıb, yenidən bir arada olun", çağırışına maraqlı cavab verib:
"Məncə gecdir. Hər şey gecdir. Bəlkə, o, istəmir, ya mən istəmirəm. Barışın deyirsiniz. Yenə deyirəm, biz dava etməmişik. O sözü mənə yazmayın ki, barışın. Gedin, siz barışdırın".