• Bakı 22° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Qalmaqallı rektordan daha bir mübahisəli paylaşım - FOTOFAKT

CƏMİYYƏT

05 Iyun 2025 | 09:38

Qalmaqallı rektordan daha bir mübahisəli paylaşım - FOTOFAKT

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin paylaşımı müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, o, paylaşımında Bakı Slavyan Universitetinin ilk dəfə olaraq beynəlxalq RUR (Round University Ratings) reytinq sıralamasında yer aldığını, təhsil müəssisəsinin tədrisin təşkili mexanizmi üzrə dünya sıralamasında 808-ci, Azərbaycan sıralamasında 5-ci yerdə qərarlaşdığını vurğulayıb və həmkarlarını təbrik edib.

Ancaq paylaşıma əlavə etdiyi şəkildə göstəricilər fərqli olub.

Məsələ ilə bağlı Bakı Slavyan Universitetinin (BSU) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rektor Anar Nağıyevin paylaşımını oxuyanlar yanlış anlayıblar:

“Universitetin rəsmi sosial media hesablarında BSU-nun beynəlxalq reytinqdə uğur qazanması ilə əlaqədar məlumatlar paylaşılıb. Bakı Slavyan Universiteti (BSU) ilk dəfə olaraq iştirak etdiyi “Round University Ranking” (RUR) 2025 beynəlxalq reytinq cədvəlində dünya üzrə 1098-ci və Azərbaycan universitetləri üzrə isə 6-cı sırada yer alıb.

RUR reytinq sistemi universitetlərin fəaliyyətini 20 indikator və dörd əsas sahə üzrə qiymətləndirir: tədris (40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlılığı (10%).

BSU-nun bu uğuru “Clarivate Analytics” şirkətinin “Global İnstutional Profiles Project” platformasında və “Web of Science Core Collection” bazasındakı fəal bibliometrik göstəricilərinə əsaslanır.

Rektor Anar Nağıyev isə paylaşımında qiymətləndirmə sahələrindən yalnız biri (tədris) üzrə BSU-nun qazandığı uğuru açıqlayıb. Yəni rektor “reytinqin ən mühüm komponenti olan tədrisin təşkili mexanizmi üzrə dünya sıralamasında 808-ci, Azərbaycan sıralamasında 5-ci yerdə qərarlaşmışıq” dedikdə RUR reytinq qiymətləndirməsinin tədris sahəsini nəzərdə tutub”.

Qeyd edək ki, Anar Nağıyev tez-tez medianın gündəminə ünvanına səslənən ittihamlar və mübahisəli davranışlarla gəlir.

Məsələn, bir neçə gün əvvəl rektor Naxçıvandan olan bir nəfər məktəblinin universitetə ziyarətinin təşkil edilməsini ucuz təbliğ alətinə çevirməklə tənqid hədəfinə gəlmişdi.


SON XƏBƏRLƏR

05 Iyun 2025