• Bakı 23° C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

89 məktəbdə “Peşə təmayüllü siniflər” yaradılacaq

CƏMİYYƏT

04 Iyul 2025 | 18:53

89 məktəbdə “Peşə təmayüllü siniflər” yaradılacaq

2024-2025-ci tədris ilində peşə təmayüllü siniflər daha 53 məktəbdə fəaliyyətə başlamaqla əhatə dairəsini genişləndirib və ümumilikdə 249 məktəbi əhatə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024–2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Məlumatda qeyd olunub ki, 2024-2025-ci tədris ilində layihə çərçivəsində 4 yeni pilot ixtisasın tədrisinə başlanılıb. Layihə 1087 nəfər müəllim, 7000-dən çox şagirdi əhatə edir.

“Peşə təmayüllü siniflər” layihəsinin 2025–2026-cı tədris ilində daha 89 təhsil müəssisəsində tətbiqi planlaşdırılır. Bu genişlənmə nəticəsində peşə təmayüllü siniflərdə 10 mindən çox şagirdin təhsil alması nəzərdə tutulur.


SON XƏBƏRLƏR

04 Iyul 2025