• Bakı 32° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Sabahın hava proqnozu açıqlandı

CƏMİYYƏT

03 Avqust 2025 | 12:36

Sabahın hava proqnozu açıqlandı

Avqustun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 35-40% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 21-26, gündüz 29-34 dərəcə isti olacaq.


SON XƏBƏRLƏR

02 Avqust 2025