Bu gün Azərbaycanda qısa iş günüdür.
Bakıvaxtı.az xəbər verir ki, bu, Əmək Məcəlləsində öz əksini tapıb.
Məcəllənin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.
Qeyd edək ki, iyunun 6-sı və 7-i Qurban bayramı olduğundan, 5 iyun bayramqabağı gün sayılır və bu səbəbdən bu gün iş saatı bir saat az olacaq.
Onu da bildirək ki, Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.
Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.