Oğuzda 44 yaşlı kişini elektrik cərəyanı vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Çaldaş kəndində baş verib.
Belə ki, kənd sakini 1981- ci il təvəllüdlü Sahib Əşrəf oğlu Adılovu elektrik cərəyanı vurub.
Məlumata görə o, kənddə atını işıq dirəyinə bağlayıb. Sonradan atın yerdə ölmüş vəziyyətdə yatdığını gördükdə atın başındakı zənciri tutub. Həmin an elektrik cərəyanı onu vurub. Hadisə yerinə Oğuz Təcili Tibbi Yardım briqadası cəlb olunub. S. Adılov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.