• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib -FOTOLAR

CƏMİYYƏT

05 Iyun 2025 | 10:45 | Müəllif: Qalib İbrahimoğlu

Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib -FOTOLAR

Qurban bayramı münasibətilə “Avrora Qrup” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonunda yaşayan aztəminatlı ailələrə sosial dəstək məqsədilə yardım aksiyası keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, aksiya çərçivəsində rayonda məskunlaşan 120-dən çox aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Yardım paketlərinə gündəlik tələbat malları, ərzaq məhsulları və bayram süfrəsi üçün lazım olan müxtəlif qidalar daxil edilib. Aksiyanın əsas məqsədi bayram günlərində sosial həssas təbəqəyə mənsub ailələrə qayğı və diqqəti artırmaq, cəmiyyətimizdə paylaşma və həmrəylik ənənəsini gücləndirmək olub.

Məlumat üçün bildirək ki, “Avrora Qrup” 2025-ci ilin “Korporativ sosial məsuliyyət” proqramında aztəminatlı ailələrə xüsusi yer ayrılmışdır və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilməkdədir. Proqramın məqsədi sosial təminatı zəif ailələrə müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaqdır.


Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib -FOTOLARAvrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib -FOTOLARAvrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib -FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026