Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük üçün Brüsselə müraciət etməyib.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentdə bildirib.
"Ermənistan Aİ-yə üzvlüklə bağlı Brüsselə müraciət etməyib", - XİN başçısı deyib.