• Bakı 23° C

    17.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

KİV: Zukerberq Ağ Evin oval kabinetindən qovulub

DÜNYA

05 Iyul 2025 | 14:47

KİV: Zukerberq Ağ Evin oval kabinetindən qovulub

“Meta” (keçmiş “Facebook”) korporasiyasının rəhbəri Mark Zukerberq Ağ Evdə oval kabinetdən kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Zukerberq qapalı iclas gedən zaman gözlənilmədən içəri daxil olub. Həmin əsnada Ağ Ev rəhbəri Donald Tramp yüksək vəzifəli hərbçilərlə altıncı nəsil F-47 qırıcısı ilə bağlı müzakirə aparırdı. “Çağırılmamış qonağı”ın iclası tərk etməsini istəyiblər.

NBC telekanalının məlumatına görə, Zukerberqin iclasa qəfil daxil olması bəzi məmurları narahat edib, belə ki, onun müzakirə olunan məxfi məlumatlara müvafiq səlahiyyəti olmayıb.


SON XƏBƏRLƏR