Yəmənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 55 nəfər həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, ölənlər arasında bir yəmənli də var, digərləri isə əsasən Efiopiyalı miqrantlardır.
Bildirilib ki, hadisə pis hava şəraiti səbəbindən baş verib, qayıqda 100-dən çox insan olub.
Onlarla insan hələ də itkin düşmüş sayılır və axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, Yəmən, xüsusilə Ebyen sahilləri, Efiopiya və Somalidən gələn qeyri-qanuni miqrantlar üçün əsas tranzit marşrutudur.
Əli Hüseynov