• Bakı 22° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Şuşa fatehi də “Azercell”dən İMTİNA EDİR

CƏMİYYƏT

05 Iyun 2025 | 11:48

Şuşa fatehi də “Azercell”dən İMTİNA EDİR

Vətən müharibəsi iştirakçısı, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə “Azercell” mobil operatorunun qiymət artımına etiraz edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə paylaşımında bildirib.

“25 ildir istifadə etdiyim “Azercell” nömrəmlə, yəqin ki, bu lazımsız qərardan sonra vidalaşaram. Yadıma gəlir, ilk hərbiçi maaşıma almışdım”, – deyə o, yazıb.

Qeyd edək ki, Bəhruz Məmmədzadə 2003-2021-ci Müdafiə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olub.

44 günlük Vətən Müharibəsi zamanı Şuşayadək döyüş yolu keçib və Şuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. Döyüş tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə və torpaqlarımızın azad edilməsindəki xidmətlərinə görə müxtəlif dərəcəli 16 medalla təltif edilib. 2021-ci ildən ehtiyatda olan hərbi qulluqçu eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.


SON XƏBƏRLƏR