• Bakı 22° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

"Neft Daşları"ndan indiyədək 180 mln. tondan artıq neft hasil edilib

İQTİSADİYYAT

05 Iyun 2025 | 11:50

Neft Daşlarından indiyədək 180 mln. tondan artıq neft hasil edilib

Xəzərin Azərbaycan sektorunda yerləşən ”"Neft Daşları" yatağından işlənmənin əvvəlindən burada 181,2 mln. ton neft neft hasil edilib (01 aprel 2025-cü il tarixinə olan məlumata görə - red.).

Bakıvaxtı.az-ın SOCAR-ın məlumatlarına istinadən verdiyi məlumata görə, hesabat dövründə 14,2 mlrd. kubmetr səmt qazı hasil edilib.

    Məlumata görə, yataqda 1983 quyu qazılıb, bunlardan 430 quyu istismar quyu fondundadır.

    "Neft Daşları"da qazılan ilk quyudan 1949-cu ilin noyabrın 7-də neft fontan (gündəlik 100 ton hasilatla) vurub və bununla da, dünya tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulub.

    "Neft Daşları" açıq dənizdə ilk dəniz platforması kimi "Ginnesin Rekordlar Kitabı"na daxil olub.

    Uzunluğu 12 km, eni 6 km olan "Neft Daşları" yatağı 1951-ci ildə işlənməyə daxil edilib. Yataq hazırda SOCAR-ın "Azneft" İB-in Neft Daşları NQÇİ tərəfindən istismar olunur. "Neft Daşları"nda 180 km-dən artıq estakada salınıb, 320-dən artıq istehsal meydançası quraşdırılıb, 100 km-lərlə neft, qaz, su kəmərləri çəkilib. SOCAR-ın illik neft-qaz hasilatının 70%-i sahilə buradan ötürülür.


    SON XƏBƏRLƏR