• Bakı 22° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

2025-ci ildə ən çox qol vuran futbolçular - SİYAHI

İDMAN

05 Iyun 2025 | 09:30

2025-ci ildə ən çox qol vuran futbolçular - SİYAHI

2025-ci ildə bütün turnirlərdə ən çox qol vuran futbolçular müəyyənləşib.

Bakıvaxtı.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Fransa millisinin və İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe qərarlaşıb.

O, klub və milli səviyyəsində 29 qola imza atıb.

Başa çatan mövsümdə icarə əsasında Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edən Nigeriya yığmasının üzvü Viktor Osimhen (28 qol) ikinci sırada yer alıb.

İlk "3-lüy"ü 27 qolla Portuqaliyanın "Sportinq" komandasının isveçli forvardı Viktor Dyekereş tamamlayıb.

Qeyd edək ki, siyahı tərtib olunarkən 1 yanvar - 31 may aralığındakı oyunlar nəzərə alınıb.


SON XƏBƏRLƏR

05 Iyun 2025