"Mançester Yunayted" 4 futbolçusu ilə yollarını ayırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərə təmsilçisinin oyunçuları Antoni, Ceydon Sanço, Alexandro Qarnaço artıq rəhbərliyə klubu tərk etmək istəklərini çatdırıblar. Klub hazırda onlar üçün gələn təklifləri nəzərdən keçirir.
Həmçinin "Mançester Yunayted" futbolçusu Markus Reşforda bildirib ki, onun geyindiyi 10 nömrəli forma növbəti mövsümdən Mateus Kunyada olacaq. Bununla da tərəflər arasında danışıqlar sona çatıb. İngiltərəli hücumçu özü isə "Barselona"ya keçməkdə israrlıdır