• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Dörd cüdoçumuz medal qazandı

İDMAN

03 Avqust 2025 | 16:31 | Müəllif: Subhan Mahmudov

Dörd cüdoçumuz medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb. 

Bakıvaxtı.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb.

-60 kq çəki dərəcəsində Nihad Məmişov və -73 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medala sahib olub. 

2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026