Azərbaycanın daha bir güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən güləş üzrə U-17 dünya çempionatında qızıl medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, sərbəst güləşçilərdən 65 kq çəki dərəcəsində yarışdan Hüseyn İsmayılov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. 110 kq-da Hakim Tağıyev mundialın bürünc mükafatına sahib çıxıb.
Xatırladaq ki, daha əvəvl yunan-Roma millimizin heyətində Əli Nəzərov (60 kq) dünya çempionu adını qazanmışdı.