• Bakı 25° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Messi zədələndi

İDMAN

03 Avqust 2025 | 10:31 | Müəllif: Subhan Mahmudov

Messi zədələndi

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, 38 yaşlı hücumçu Liqa Kubokunun II turunda “Nekaksa” ilə oyunda sıradan çıxıb.

Matçın əvvəlində diz nahiyyəsində ağrı hiss edən təcrübəli oyunçu 11-ci dəqiqədə əvəzlənib. Komandanın baş məşqçisi Xavyer Maskerano ulduz futbolçunun durumuna bu gün aydınlıq gələcəyini bildirib. Onun sözlərinə görə, Messinin ağrıları az olduğundan zədəsinin ciddi olmadığı ehtimal edilir.

Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (5:4) oynayan “İnter Mayami” rəqibini məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026