• Bakı 26° C

    0.88 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Emrelinin komandası uduzdu

İDMAN

03 Avqust 2025 | 19:13

Emrelinin komandası uduzdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu Almaniya "Kayzerslautern"ində ilk rəsmi oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqanın I turunda səfərdə "Hannover"lə keçirilən matça əsas heyətdə başlayıb.

O, qarşılaşmanın 65-ci dəqiqəsində Riçmond Taçi ilə əvəzlənib.

"Haynts-fon-Hayden-Arena"da təşkil olunan görüşdə meydan sahibi komanda 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər təmsilçisi "Nürnberq"də keçirib.


SON XƏBƏRLƏR

02 Avqust 2025