• Bakı 16° C

    2.71 m/s

Koutinyo "Vasqo da Qama"da

İDMAN

04 Iyul 2025 | 18:14 | Müəllif: Subhan Mahmudov

Koutinyo "Vasqo da Qama"da

Braziliya millisinin sabiq futbolçusu Felippe Koutinyo İngiltərənin “Aston Villa” komandasından ayrılıb.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Belə ki, o, “Vasqo da Qama”ya keçib.

Koutinyo ötən mövsüm icarə əsasında bu komandada çıxış edib.

Qeyd edək ki, Felippe Koutinyo “Barselona”, “Bavariya”, “Liverpul” və “İnter” kimi tanınmış klublarda oynayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026