Lionda naməlum şəxs məsciddən müsəlmanların müqəddəs kitabı Quranı oğurlayaraq yandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"İyunun 1-dən 2-nə keçən gecə Ərrahma məscidi dəhşətli dərəcədə qorxaqcasına islamofobiya aktının hədəfinə çevrildi. Təxminən saat 03:45 radələrində, ilk azandan 20 dəqiqə əvvəl üzü açıq bir şəxs namaz zalına daxil olub. O, Quranın bir nüsxəsini götürərək yandırıb, sonra isə gizlənib."
Məscidlər Şurası yerli hakimiyyət orqanlarından cinayətkarın hərəkətini kəskin şəkildə pisləməyi xahiş edib. Hadisə ilə bağlı polisə şikayət edilib, araşdırma başlanıb.
Yanğın yayılmadan söndürülüb, hazırda hadisəni törədənlər axtarılır.