• Bakı 21° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Sabirabadda külək tikilinin damını avtomobilin üstünə aşırdı

HADİSƏ

03 Iyun 2025 | 20:30

Sabirabadda külək tikilinin damını avtomobilin üstünə aşırdı

Sabirabadda müşahidə olunan güclü külək nəticəsində tikilinin damı uçaraq avtomobil üstünə aşıb.

Bakıvaxtı.az xəbər verir ki, saat 19 radələrində Sabirabad şəhəri ərazisində hava şəraiti güclü küləklə müşahidə edilib. Bir neçə dəqiqə davam edən küləyin təsiri nəticəsində Heydər Əliyev prospektində yerləşən tikilinin dam örtüyü uçaraq yol kənarında dayanan avtomobilin üstünə aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb, damı uçan tikili və avtomobil yararsız hala düşüb.


SON XƏBƏRLƏR