• Bakı 22° C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Qrossi Kiyevə səfər edib

DÜNYA

04 Iyun 2025 | 00:54

Qrossi Kiyevə səfər edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və energetika naziri Qerman Qaluşenko ilə görüşmək üçün Kiyevə gedib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Agentlik rəhbəri qeyd edib ki, bu, onun Ukraynaya 12-ci səfəridir. O əlavə edib ki, Qaluşenko ilə respublikanın enerji infrastrukturunun bərpasını müzakirə edib.

Xüsusilə, Xmelnitski AES-də yeni enerji blokları və Çernobıl AES-də təmir işləri müzakirə edilib. Bundan əlavə, Qrossinin bildirdiyinə görə, xarici işlər naziri ilə görüşdə Ukraynanın nüvə təhlükəsizliyinə dəstək, o cümlədən MAQATE mütəxəssislərinin Zaporojye AES-də daimi iştirakı müzakirə edilib.


SON XƏBƏRLƏR