• Bakı 22° C

    9.22 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

İrəvan-Bakı arasında 2 reys həyata keçirilib

SİYASƏT

04 Iyun 2025 | 10:01

İrəvan-Bakı arasında 2 reys həyata keçirilib

2025-ci ilin yanvar-iyun ayları ərzində İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət aviareysi həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”nın sorğusuna cavab olaraq Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.

“Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə yüksək vəzifəli xarici rəsmilər olub”, - deyə nazirlikdən bildirilib.

Nazirlik qeyd edib ki, dövlət reyslərinin yerinə yetirilməsinə icazəni Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verildiyi üçün onların əlavə məlumatı yoxdur.

Məlumatda bildirilir ki, 2020-ci ildən İrəvan-Bakı-İrəvan marşrutu üzrə hava əlaqəsi yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrutun işə salınmasından bəri 68 belə uçuş həyata keçirilib.


SON XƏBƏRLƏR

05 Iyun 2025