Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, sərəncama əsasən, İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilib. O, Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.
İlqar Quliyev sədr vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu. İlqar Quliyev ölkə göndəmində müzakirə edilən cinayət işləri, o cümlədən sonuncu dəfə “Şlyapa Zahid”in işini araşdırıb. O, külli miqdarda rüşvətdə ittiham olunan “Şlyapa Zahid”i azadlığa buraxmış, həmin hökm bir neçə ay sonra ləğv edilmiş, Zahid Niftəliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.
Bundan başqa, Toğrul Məmmədov da Goranboy Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilib./“Qafqazinfo”