Gürcüstan hakimiyyəti İT mütəxəssisləri üçün yaşayış icazəsinin alınması prosesini sadələşdirmək istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin saytında məlumat verilib.
Məlumata görə, Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir - sadələşdirilmiş qaydada yaşayış icazəsi almaq üçün namizəd Gürcüstanda kiçik biznesin qeydiyyatı haqqında şəhadətnamə, ən azı iki il İT sektorunda işlədiyini göstərən məlumatlar, həmçinin illik gəliri 25 min dollardan çox olmalıdır.
Bu tələblərə cavab verənlərə üç il müddətinə, lakin dörd dəfədən çox olmayaraq uzadılmaq imkanı ilə yaşayış icazəsi veriləcək. Əcnəbi altı aydan çox (183 gündən çox) Gürcüstan ərazisində olmadıqda, yaşayış icazəsi ləğv ediləcək.