• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanın idman naziri Azərbaycana gələcək

İDMAN

03 Iyun 2025 | 19:03 | Müəllif: Subhan Mahmudov

Gürcüstanın idman naziri Azərbaycana gələcək

Gürcüstanın idman naziri Şalva Gogoladze Azərbaycan Parlamentinin üzvlərini qəbul edib və iki ölkə arasında idman sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, Gogoladze görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, yaxın zamanda onun xaricə ilk rəsmi səfəri Azərbaycana olacaq.

Səfər zamanı azərbaycanlı həmkarı ilə bir sıra yeni layihələr müzakirə ediləcək ki, bu layihələr hər iki dövlət və xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.

Gogoladze vurğulayıb ki, son illərdə Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib və bu sahədə böyük təcrübəyə malikdir.

O, həmçinin qeyd edib ki, azərbaycanlı idmançılar müxtəlif idman növləri üzrə Gürcüstana gəlir, gürcü idmançıları isə Azərbaycanda yarışlarda iştirak edir. Münasibətlərin və əməkdaşlığın daha da dərinləşməsi üçün belə görüşlərin sayının artırılması vacibdir.

Nazir əlavə edib ki, tez-tez keçirilən görüşlər iki dost və qardaş xalq arasında daha sıx əlaqələr yaratmağa xidmət edir./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026