• Bakı 26° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

29 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu - VİDEO

HADİSƏ

03 Iyun 2025 | 16:22

29 yaşlı qadın külli miqdarda narkotiklə tutuldu - VİDEO

Abşeron rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Bakıvaxtı.az DİN-in Mətbut xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ-nin Saray Polis Bölməsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlayıb.

 


SON XƏBƏRLƏR

04 Iyun 2025