"Qarabağ"ın futbolçusu Yassin Benzia 5 oyunluq cəza alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Komandanın futbolçusu Yassin Benzia referini təhqir etdiyinə görə birbaşa “qırmızı” görüb.
O, ardınca ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd edib və bu səbəbdən 5 matçlıq cəza ilə üzləşib.
“Qarabağ” oyunçunun davranışına görə 3000 manat ödəməli olacaq.