Türkiyə Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda keçirilən görüşdəki müəyyən irəliləyişdən sonra danışıqların yeni raundunu gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber" telekanalının efirində deyib.
"Məncə, iyunun 2-də keçirilən görüşdə danışıqların əvvəlki raundunda qəbul edilmiş qərarların icrası baxımından irəliləyiş əldə olunub. Ona görə də növbəti görüşün baş tutacağını gözləyirik", - Fidan bildirib.