• Bakı 26° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Ceyhun Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

SİYASƏT

03 Iyun 2025 | 16:25

Ceyhun Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Nayrobidəki Ofisinin Baş direktoru Zainab Hava Bangura ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın xarici siyasətində Afrika qitəsinin əhəmiyyəti və bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı ilə, xüsusilə onun Nayrobi ofisi vasitəsilə əməkdaşlığın mühüm rolu qeyd edilib.

Azərbaycan XİN başçısı həmçinin münaqişədən sonrakı regional vəziyyət, eləcə də Azərbaycanın regionda yenidənqurma, minatəmizləmə və sülh təşəbbüsləri barədə məlumat verib.


SON XƏBƏRLƏR

04 Iyun 2025