Türkiyənin Bilecik vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə mətbuatı təyyarənin Bursadan havaya qalxdığını bildirib.
İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub.
Təyyarəni idarə edən 22 yaşlı qadın pilot D.K. texniki nasazlıq səbəbindən boş əraziyə məcburi eniş etməyə cəhd göstərib. Lakin bu zaman təyyarə idarəetməni itirərək tərsinə çevrilib və qəzaya uğrayıb .