"Atletiko Madrid" fransalı hücumçusu Antuan Qrizmann ilə müqavilə yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı paytaxt təmsilçisinin rəsmi saytı yayıb.
34 yaşlı forvardın müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atdığı açıqlanıb.
Qeyd edək ki, Qrizmann geridə qalan mövsümdə "Atletiko" forması ilə 53 matça çıxaraq 16 qol və 9 məhsuldar ötürmə müəllifi olub.