• Bakı 27° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

“Neftçi” daha iki yeni legioner

İDMAN

02 Iyul 2025 | 13:30

“Neftçi” daha iki yeni legioner

“Neftçi” komandası heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Bosniya və Herseqovina millisinin qapıçısı Kenan Piriçlə anlaşıb.

Ötən mövsümü “Antalyaspor”da keçirən qolkiper “ağ-qaralar”la müqavilənin bütün detallarını razılaşdırıb.

Bundan başqa, “Neftçi” Yunanıstanın “Panserriakos” kollektivində çıxış edən Xuan Kamilo Salasarla danışıqlar aparır. Yunanıstan mətbuatının iddiasına görə, Bakı klubu artıq Serre təmsilçisinin transferə çıxardığı kolumbiyalı hücumçu ilə razılığa gəlib.


SON XƏBƏRLƏR

02 Iyul 2025