Futbol üzrə İspaniya La Liqasında 2024-2025-ci illər mövsümünün ən yaxşı baş məşqçisi məlum olub.
Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Barselona” komandasının çalışdırıcısı Hans-Diter Flik layiq görülüb.
Almaniyalı mütəxəssis səsvermədə “Xetafe”dən Xose Bordalası, “Espanyol”dan Manolonu, “Betis”dən Manuel Pelleqrinini, “Jirona”dan Miçeli, “Atletik”dən Ernesto Valverdeni və “Atletiko Madrid”dən Dieqo Simeoneni qabaqlayıb.
Qeyd edək ki, “Barselona” geridə qalan mövsümdə Hans-Diter Flikin rəhbərliyi altında La Liqanın qalibi olub.