• Bakı 25° C

    8.83 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

ADY Qazaxıstan və Gürcüstanla əməliyyatları elektron qaydada həyata keçirir

CƏMİYYƏT

03 Iyun 2025 | 14:55

ADY Qazaxıstan və Gürcüstanla əməliyyatları elektron qaydada həyata keçirir

Son 3 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsallaşdırılması istiqamətində böyük irəliləyişə nail olunub.

Bakıvaxtı.az  xəbər verir ki, bu sözləri 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində təşkil olunan “Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması” panel müzakirəsində çıxışı zamanı ADY-ın Rəqəmsal inkişaf departamentinin əməkdaşı Asif Hüseynov deyib.

Onun sözlərinə görə, sənəd dövriyyəsi və yüklərin qəbul edilib, göndərilməsi işləri rəqəmsallaşdırılıb.

“ADY Qazaxıstan və Gürcüstanın Dəmir Yolları ilə əməliyyatları və sənəd dövriyyəsini elektron qaydada həyata keçirir. Rəqəmsallaşdırma işləri TRACECA-nın təqdim etdiyi proqramlar üzərində həyata keçirilir”, - deyə A.Hüseynov nəzərə çatdırıb.


SON XƏBƏRLƏR

04 Iyun 2025