• Bakı 22° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

UEFA ən güclü klubların siyahısını AÇIQLADI

İDMAN

02 Iyun 2025 | 21:08

UEFA ən güclü klubların siyahısını AÇIQLADI

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 2024/25 mövsümü başa çatdıqdan sonra yenilənən siyahıya Madrid “Real”ı başçılıq edir.

İkinci pillədə “Mançester Siti” qərarlaşdığı halda, ilk "üçlüy"ü “Bavariya” tamamlayır.

Çempionlar Liqasının qalibi PSJ 5-ci pilləyə yüksəlib. Turnirin finalçısı “İnter” isə 9-cu yerdən 6-cı pilləyə qalxıb.

UEFA-nın ən yaxşı 10 klubu:
“Real” (İspaniya) - 143 500
"Mançester Siti" (İngiltərə) - 137 750
"Bavariya" (Almaniya) - 135 250
"Liverpul" (İngiltərə) - 125,500
PSJ (Fransa) - 118 500
"İnter" (İtaliya) - 116 250
"Çelsi" (İngiltərə) - 109 000
"Borussiya Dortmund" (Almaniya) - 106 750
"Roma" (İtaliya) - 104 500
“Barselona” (İspaniya) - 103 250


SON XƏBƏRLƏR

03 Iyun 2025