• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 12 medal qazanıblar

İDMAN

03 May 2025 | 19:31

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 12 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Qubada keçirilən Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, yığma üzvləri 3 qızıl, 3 gümüş, 6 bürünc mükafat əldə ediblər.

Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli, (hər ikisi 50 kq), Royal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu gün start götürən yarış mayın 4-də başa çatacaq.


SON XƏBƏRLƏR

03 May 2025